
Bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps bildirib.
“Mən hər hansı Rusiya təyyarəsinin Böyük Britaniyanın hava məkanına daxil olmasını cinayət hesab edirəm və hökumət indi həmin təyyarələri saxlaya bilər”, – deyə nazir bildirib.
Böyük Britaniya öz hava məkanını Rusiya təyyarələri üçün bağlayan ilk ölkələrdən biri olub. Bu, fevralın 25-nə keçən gecə baş verib.
Avropa İttifaqı da fevralın 28-də oxşar məhdudiyyət tətbiq edib. ABŞ, İsveçrə, Moldova, Norveç, Şimali Makedoniya, Kanada və Böyük Britaniya da bu tədbirə əl atıb.