
“ANT”xəbər verir ki, bu barədə “Telegraph” yüksəkrütbəli hərbi mənbələrə istinadən məlumat yayıb.
“Aydın məqsədlər, strategiya və ya koalisiyanın necə fəaliyyət göstərəcəyi barədə anlayış yoxdur. Starmer təfərrüatları işləmədən qoşunların yerləşdirilməsi barədə bəyanatlar verməkdə tələsib”, – nəşrin müsahiblərindən biri deyib.
Onun sözlərinə görə, diqqət aviasiya və donanmaya yönəlib, çünki onları Ukrayna ərazisində qüvvələr yerləşdirmədən istifadə etmək daha asandır.
Mənbələr qeyd ediblər ki, nə ABŞ, nə də Rusiya təşəbbüsü dəstəkləyir.
“Missiyanın legitimliyi yoxdur. O necə donanacaq? Döyüş əməliyyatlarının aparılması qaydaları nədir? Bunu heç kim bilmir”, – hərbi ekspert əlavə edib.