Dövlətlərin addımları fərqli hüquqi statusa malikdir.
Aznews.tv xəbər verir ki, bunu iyulun 29-u Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab deyib.
Bununla Britaniya İranın saxlanılan tankerlərin dəyişdirilməsi barədə təklifini rədd edib.
“Qanuni baxımdan biz tankeri saxlamaqda haqlı idik”, – deyə Raab əlavə edib.
Xatırladaq ki, iyulun 4 Britaniyanın və Cəbəllütariqin birgə səyləri nəticəsində İrana aid Grace-1 gəmisi həbs edilmişdi.
Əvəzində isə İran iyulun 19 Britaniyaya aid Stena İmpero tankerini həbs edib.
Aznews.tv