Site icon Aznews TV

Britaniya İrana sanksiya tətbiq edib

Bunu Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.

O bildirib ki, bu, İran müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edamı ilə bağlıdır: “Biz rejimin bu əməllərinə, o cümlədən insan haqlarını dəhşətli formada pozduğuna görə cavab verməsini tələb edirik”.

Qeyd edək ki, Əlirza Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib.

Ə.Əkbəri 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib.

Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib.

Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb. İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.

Bu addım Böyük Britaniyanın ciddi narazılığına səbəb olub. Britaniyanın Baş naziri Rişi Sunak Ə.Əkbərinin edamını vəhşi və qorxaq hərəkət kimi qiymətləndirib.

Ayxan

Exit mobile version