Dünya

Britaniya aviasiya sənayesinə tədarüklə bağlı İrana yeni sanksiya tətbiq edib

Bu gün Britaniya hökuməti İrana qarşı strateji əhəmiyyət kəsb edən mal və texnologiyalara qarşı yeni sanksiyalar tətbiq edib.

Bu sanksiyaların #dron və #raketlərin istehsalını və tədarükünü dayandırması və İran hökumətinin müdafiə sənayesinə təzyiqi artırması nəzərdə tutulur.

Britaniyanın yeni sanksiyalarına əsasən, bəzi avadanlıqların İrana ixracı, tədarükü və çatdırılması, eyni zamanda İranda istifadə edilməsi qadağandır.

Məlumata görə, avadanlıqlar arasında daxili yanma mühərrikləri və turboreaktivlər, gecəgörmə və termal görüntü kameraları, elektron vasitələr, lazer sistemləri, məlumat ötürmə avadanlıqları və kompüter sistemləri var.

Qeyd olunub ki, sanksiyaların əsas məqsədi İranın avadanlıqlar vasitəsilə #nüvə, raket və ya digər fəaliyyətlətlərdə istifadə oluna biləcək müəyyən #texnologiyalara çıxışını məhdudlaşdırmaqdır.

Related Articles

Bir cavab yazın

Back to top button