Bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell CNN telekanalının efirində bildirib.
“Vahid ordu yaratmaq üçün 27 ordudan imtina edəcəyimizə inanmaq utopikdir” deyə o bildirib.
Borrel, AB üzvləri arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasının və maliyyə imkanlarından necə istifadə etdiklərini daha yaxından izləməyin zəruriliyinə işarə edib.