az

BMT-yə Xameneinin cinayətkarları tərəfindən 16 yaşlı Armita Geravandın döyülməsi ilə bağlı müraciət edilib

“X” sosial şəbəkəsində "UN WATCH"-un rəsmi hesabı BMT prezidenti Antonio Quterreşə müraciət edib:

“16 yaşlı Armita Geravand molla rejiminin əxlaq polisi tərəfindən döyüldükdən sonra komaya düşüb. Noyabrın 2-də Axund rejimi BMT-nin İnsan Haqları Şurası İctimai Assambleyasının sədri olacaq. Niyə, Antonio Quterreş?”

Bu hadisə ilə bağlı Reuters xəbər agentliyi yazıb: “Komada olan Armita Geravand Məhsa Əmininin taleyini yaşaya bilər”.

Qeyd edək ki, Armita Geravand Tehran metrosunda başı örtüksüz olduğu üçün əxlaq polisin hücumuna məruz qalıb və daha sonra komaya düşüb.

Armita əslən Lorestan əyalətinin Kohdəşt şəhərindəndir, ailəsi 80-ci illərin əvvəllərində Kirmanşaha, sonra isə Tehrana mühacirət edib. 16 yaşlı qız peşəkar taekvondoçudur və 3 dərəcəsi var.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button