
Ali İş Şurası 1400-cü il üzrə gündəlik minimum əmək haqqını 88 min 516 tümən olaraq təyin edib. Aylıq minimum əmək haqqının isə 2 milyon 665 min tümən olması qərarlaşdırılıb. Qanuna əsasən, sabit maaşlar yüzdə 26 artırılıb. Bundan başqa, bir illik iş təcrübəsi olan fəhlələrə 4600 tümən sənəvat haqqı ödəniləcək. Bu qanundan əvvəl, İslami Şura Məclisinin Muzdlar Komitəsi fəhlələrə ödənilən muzdun onların ailələrinin yüzdə 39 xərclərini təmin etdiyini açıqlayıb. Dey ayı üzrə Məişət Səbədi Xərcləri isə toplam 8 milyon 735 min tümən olub. Bildirək ki, Məişət Səbədi Xərcləri üzrə müxtəlif rəqəmlər irəli sürülür. Fəhlələrin hüquqları üzrə fəallar açıqlanan rəqəmlərin gerçəkliyi əks etdirmədiyini bildirir.