Bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.
“Sabah, iyulun 17-də BMT Təhlükəsizlik Şurası Böyük Britaniyanın şuraya sədrliyinin tələbi ilə Ukrayna böhranının növbəti müzakirəsinə ev sahibliyi edəcək”, – Polyanski teleqram kanalında yazıb.
Onun sözlərinə görə, iclasda Qərb ölkələrinin bir neçə xarici işlər naziri iştirak edəcək. Polyanski qeyd edib ki, onlar bu görüşü “güclü anti-Rusiya şousuna” çevirməyə çalışacaqlar.
“Bizim də deyəcək sözümüz var. Sürprizlər olacaq, onları hələ burada açıqlamağa dəyməz”, – Polyanski bildirib. (apa)