İran

BMT-nin mütəxəssisləri İranda vətəndaş cəmiyyətinə qarşı zorakılığı qınayıblar

BMT- nin müstəqil mütəxəssisləri və hüquqşünasları İranda keçirilən sivil etirazların qəddarlıqla yatırılmasını qınayan bəyanat yayıblar.

Onlar müəllimlərin, fəhlələrin və həmkarlar ittifaqı fəallarının hüquqlarının müdafiəçilərinin, vəkillərin, insan haqları fəallarının və digər vətəndaş cəmiyyəti müdafiəçilərinin qanunsuz həbsinin rejim tərəfindən şiddətlənməsindən narahatlıq ifadə ediblər.

Bəyanatda, habelə müəllimlər və cəmiyyətin digər qruplarının əməkhaqlarının azlığı və digər sosial tələblərlə keçirdikləri etiraz aksiyalarının İran rejimi tərəfindən qəddarlıqla yatırılması qınanıb.

“İranın vətəndaş cəmiyyəti və müstəqil birliklərinin işləyə və öz qanuni fəaliyyətini davam etdirə bilməsi üçün şərait qeyri- mümkün vəziyyətə çatıb və günbəgün vəziyyət daha da pisləşməkdədir”, – deyə bəyanatda vurğulanır.

Related Articles

Bir cavab yazın

Back to top button