Komitə, 139-cu iclasın son günündə İranda insan haqlarının vəziyyəti ilə bağlı əldə etdiyi nəticələri təqdim edib.
Bu hesabatın bir hissəsində İranda narkotik cinayətləri, “hökuməti və dini təhqir etmək” ilə bağlı ittihamlar da daxil olmaqla, edamların intensivləşməsindən narahatlıq ifadə olunub.BMT-nin İnsan Hüquqları Komitəsi azlıqlara və uşaqlara qarşı ölüm hökmünün tətbiq edilməsini qınayıb və İrandan bu cəzanın yalnız “ən ağır cinayətlər, o cümlədən qəsdən adam öldürənlər” üçün tətbiq olunmasını tələb edib.

Hesabatda vurğulanıb ki, cinayət törətdiyi zaman yaşı 18-dən az olan şəxslər heç bir halda ölüm cəzasına məhkum edilməməlidir.
İran bu ilin ilk 7 ayı ərzində ən azı 419 nəfəri asıb.
Bu rəqəm 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30% artım göstərir.