Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

BMT İran və Amerika arasında münasibətlərin pisləşməsindən narahatdır

“BMT İran və Amerika arasında artan gərginlikdən narahatdır və ümid edir ki, tərəflər vasitəçilərin köməyi ilə dolayı danışıqlara razılaşa bilərlər”.

“ANT” Reporta istinadən xəbər verir ki, bunu brifinqdə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Biz açıq şəkildə Amerika və İran arasında artan gərginlikdən narahatıq. Üçüncü tərəf vasitəsilə dolayı danışıqların aparılması ehtimalının olması xəbərini də müsbət qarşıladıq. Ümid edirik ki, üçüncü ölkədən vasitəçi kimi istifadə etmək imkanı reallaşacaq”, – deyə o bildirib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Vaşinqtonun vasitəçilərin köməyi ilə aparılan danışıqlara müsbət cavab verəcəyini bildirmişdi.

Diplomat bildirib ki, məsləhətləşmələr başlasa, Oman çox güman ki, vasitəçi kimi çıxış edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button