Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

BMT İran dövlətinin qeyri-farslara qarşı ayrı-seçkilik siyasətini pisləyib

BMT İran dövlətinin qeyri-fars xalqlara qarşı ayrı-seçkilik siyasətini pisləyib. BMT-nin baş katibi Antonio Quterreş İranda 2022-ci ilin sentyabrından 2023-cü ilin eyni ayınadək müddəti əhatə edən insan haqları üzrə hesabat barədə danışıb:

“İran hakimiyyəti etniklərə və dini azlıqlara qarşı sistemli şəkildə ayrı-seçkilik və təcrid edilmə siyasəti yürüdür. Ölkənin həbsxanalarında siyasi bəluc və ərəb məhbuslar əksəriyyət təşkil edirlər.

Cəmiyyətin digər etnikləri ilə müqayisədə onların məhbus sayı yüksəkdir”.

Baş katib, həmçinin həmin zaman kəsiyində etirazçıların saxlanılmasını, qadınlara qarşı ayrı-seçkiliyi, edamların artdığını qınayıb.

Baş katib lavə edib: “2023-cü ilin ilk 7 ayında azı 419 nəfər edam olunub. Ötən illə müqayisədə edamlar 30 faiz artıb. Eləcə də qadın və qızlara qarşı sistemli ayrı-seçkilik tətbiq olunur. Müxtəlif yollarla təzyiq olunur. İran bu hərəkətləri dayandırmalı və edamlara son qoymalıdır”.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button