Site icon Aznews TV

BMT ekspert İrandakı edamlarla bağlı bəyanat yaydı

Bu barədə onların yaydığı bəyanatda bildirilib.

Ekspertlər avqust ayında İran həbsxanalarında 81 məhkumun edam edildiyini və bunun iyul ayı ilə müqayisədə iki dəfə artdığına diqqət çəkiblər.

İranın da imzaladığı Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt ölüm hökmünün tətbiqini yalnız “ən ağır cinayətlər”ə, o cümlədən qəsdən adam öldürmə ilə məhdudlaşdırılmasını tələb edir.

Bununla yanaşı BMT ekspertləri xəbərdarlıq ediblər ki, edam edilən insanların məhkəmələri zamanı ədalətli mühakimə prosesinə əməl olunmayıb.

Qeyd edək ki, cari ildə İranda 400 məhbus edam edilib, onlardan 15-i qadındır.

Edam edilənlərin əksəriyyəti narkotik maddələrlə bağlı cinayətlərdə günahlandırılıblar.

Exit mobile version