
İngiltərə qaradərililərin hüquqlarının müdafiəsi uğrunda keçirilən mitinqlərdə 137 min nəfər iştirak edib. Onlardan 135 nəfəri polis tərəfindən həbs edilib.
Bu barədə Daxili İşlər Vəziri Priti Patel açıqlamasında bildirib.
O qeyd edib ki, şənbə və bazar günləri Londonun mərkəzi küçələrində amerikalı Corc Floydun xatirəsinə həsr edilmiş yürüş təşkil edilib: “Yürüş dinc şəkildə keçirilsə də, təzahurat başa çatdıqdan sonra etirazçılara qoşulan radikal qüvvələrin üzvləri polisə hücum etməyə, plastik maddələr atmağa başlayıblar”.