Dünya

Blinken İranın Salman Rüşdiyə qarşı zorakılığa təhrikini pisləyib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi İran hökumətinin “Şər ayələr” romanının müəllifi Salman Rüşdiyə qarşı zorakılığa təhrik etməsini pisləyib və bunu nifrət yaradan hərəkət adlandırıb.

Avqustun 14-də verdiyi açıqlamada Entoni Blinken Salman Rüşdini  böyük yazıçı adlandırıb və onun ümumbəşəri söz, din və əqidə azadlığı, mətbuat azadlığının müdafiəsində göstərdiyi səyləri yüksək qiymətləndirib.

O, bildirib ki, Amerika hökuməti Amerikada və dünyada Salman Rüşdiyə qrşı törədilən bu iyrənc hücumdan sonra vəziyyətindən narahat olanların yanındadır.

“Xüsusilə də İranın dövlət qurumları nəsillər boyu Rüşdiyə qarşı zorakılığı təhrik edir və İran hökumətinə bağlı media da son vaxtlar onun həyatına sui-qəsdi yüksək qiymətləndirir. Bu, iyrəncdir”-deyə, Amerikanın dövlət katibi bildirib.

Salman Rüşdiyə hücumdan sonra İran hökumətinə bağlı bir sıra media orqanları, o cümlədən İran rəhbərinin nəzarətində olan “Keyhan” qəzeti hücumu dəstəkləyib, “Kayhan”-ın məsul direktoru Hüseyn Şəriətmədari yazıb ki, Salman Rüşdiyə hücum edənin əlini öpmək lazımdır.

Qeyd edək ki, 75 yaşlı Salman Rüşdi avqustun 12-də Qərbi Nyu Yorkda çıxışı başlamazdan əvvəl hücuma məruz qalıb.

Salman rüşdiyə hücum edən Nyu Cersi ştatının Fairviev şəhərinin 25 yaşlı sakini Hadi Mətər adlı müttəhim məhkəmədə özünə qarşı irəli sürülən ittihamları qəbul etməyib və günahsız olduğunu deyib.

Prokuror Hadi Mətəri ikinci dərəcəli qətl və ikinci dərəcəli hücumda ittiham edib.

Related Articles

Bir cavab yazın

Back to top button