Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.
“Türkiyəyə ilkin yardım səylərimiz həyata keçirilir, Suriyada ABŞ-ın dəstəklədiyi humanitar təşkilatlar isə ölkə daxilində zəlzələnin fəsadlarına reaksiya verir.
Önümüzdəki günlərdə, həftələrdə, aylarda zəlzələdən zərər çəkənlərə kömək etmək üçün əlimizdən gələni etməyə qərarlıyıq”, – o deyib.
Dövlət katibi ABŞ-ın hərtərəfli cavab imkanlarını qiymətləndirdiyini söyləyib.
E.Blinken qeyd edib ki, regionun nəyə ehtiyacı olduğunu müəyyən etmək üçün köməkçilərinə türkiyəli müttəfiqlər, eləcə də humanitar təşkilatları təmsil edən tərəfdaşlarla daimi əlaqədə qalmağı tapşırıb.