
Bitkoin tarixi maksimumunu yeniləyib. Ticarət zamanı kriptovalyutanın dəyəri 24 min ABŞ dollarından yuxarı qalxıb.
Bunu 20 birja üzrə orta bitkoin qiymətini hesablayan “CoinMarketCap”ın məlumatları göstərir.
Bakı vaxtı ilə saat 01:24-ə olan məlumata görə, bitkoinin məzənnəsi 23,738 min ABŞ dollarına düşüb. Amma yeddi gün ərzində kriptovalyuta 24% dəyər qazanıb. İndi bitkoin də daxil olmaqla, kriptovalyutaların əsas məzənnələri bir qədər azalır. Bir həftə ərzində “Ethereum” 9,87% (645 ABŞ dolları), XRP isə 10,74% (0,57 ABŞ dolları) həcmində artıb.
Virtual valyutanın dəyərindəki sürətli artım dolların zəifləməsi, institusional və iri özəl investorların kriptoaktivlərə tələbatının artması fonunda baş verir.