Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ilə bağlı birgə komissiyanın növbəti görüşü iyun ayının 28 Vyanada baş tutacaq.
Aznews.tv-nin verdiyi məlumata əsasən, bu haqda İran XİN-nin rəsmi nümayəndəsi Abbas Müsəvi bəyan edib.
“BHFP üzvləri, İran və böyük dövlətlər arasında nəzərdə tutulan müzakirələr cari ilin iyunun 28 baş tutacaq. Orada İran, Rusiya, Fransa, Çin, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirlərinin müavinləri iştirak edəcək”, – deyə bəyanatda qeyd olunur.
Aznews.tv