Dünyaİran

Beynəlxalq Əfv Təşkilatı öldürülən yeniyetməyə görə İranı qınadı

Beynəlxalq Əfv Təşkilatı məcburi hicab qaydalarını pozduğuna görə əxlaq polisinin öldürdüyü 16 yaşlı Armita Gəravəndə görə İran hökumətini qınayan bəyanat yayıb.

Bu barədə təşkilatın katibi Aqnes Kallamard açıqlama verib.

“İranda qadın və qızları təhqir edən məcburi hicab qanununa görə 16 yaşlı Armita Gəravəndin öldürülməsindən narahat və qəzəbliyəm. Onun ölümündə əli olan və məsuliyyət daşıyanlar ədalət məhkəməsinə təhvil verilməlidir”,- katib bildirib.

Qeyd edək ki, Armita Gəravənd oktyabrın əvvəlində Tehranda metroda Əxlaq polisi tərəfindən döyülüb və 28 gün komada qaldıqdan sonra oktyabrın 28-də dünyasını dəyişib.

Related Articles

Bir cavab yazın

Back to top button