Site icon Aznews TV

Beynəlxalq koalisiya qoşunlarının İraqdan çıxarılmasını elan etdi

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İraq hakimiyyətinin tələblərini yerinə yetirərək qoşunlarını bu ölkənin ərazisindən çıxaracağını bildirib.

Bu barədə koalisiyanın qərargahından İraq hərbçilərinə ünvanlanmış məktuba istinadən “Reuters” agentliyi xəbər verir.

Məktubda bildirilir ki, qoşunlar İraq hakimiyyətinin qərarına hörmət əlaməti olaraq çıxarılacaq.

Koalisiya qüvvələrinin çıxarılmasının ən yaxın zamanda baş tutacağı qeyd olunur.

Qeyd edək ki, yanvarın 5-də İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib. Hazırda İraqda ABŞ-ın, Almaniyanın, Fransanın, Britaniyanın və digər Avropa ölkələrinin hərbi birləşmələri mövcuddur.

Exit mobile version