Bu barədə təşkilatın katibi Aqnes Kallamard açıqlama verib.
“İranda qadın və qızları təhqir edən məcburi hicab qanununa görə 16 yaşlı Armita Gəravəndin öldürülməsindən narahat və qəzəbliyəm. Onun ölümündə əli olan və məsuliyyət daşıyanlar ədalət məhkəməsinə təhvil verilməlidir”,- katib bildirib.
Qeyd edək ki, Armita Gəravənd oktyabrın əvvəlində Tehranda metroda Əxlaq polisi tərəfindən döyülüb və 28 gün komada qaldıqdan sonra oktyabrın 28-də dünyasını dəyişib.