Bu barədə Beynəlxalq Əfv Təşkilatının yaydığı son hesabatda bildirilib.
Bu hesabatda həmçinin İranın etirazları ilə bağlı Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının faktaraşdırıcı komitəsinin yaradılmasından məmnunluq ifadə edilib.
Bununla yanaşı hesabatda Rusiyanın Ukraynada mülki şəxslərə qarşı törətdiyi cinayətlər, Çin hökumətinin uyğur türklərinə qarşı repressiyaları pislənilib və beynəlxalq ictimaiyyətdən, dünya dövlətlərindən buna qarşı laqeyd qalmamaları istənilib.