Dünyaİran

Beynəlxalq Əfv Təşkilatı İranda nümayişçilərə qarşı qanlı repressiyalara son qoymağa çağırıb

Beynəlxalq təşkilat İran İslam Respublikası rejiminin təhlükəsizlik məmurları və repressiya qüvvələrinin İranda nümayişçilərə qarşı ölümcül zorakılığına son reaksiyasında beynəlxalq ictimaiyyəti bunun qarşısını almaq və iranlıların ümumölkə qiyamına dəstək kampaniyasına qoşulmağa çağırıb.

Bu təşkilatın bütün dünyadakı insanların dəstəyi üçün dərc etdiyi petisiyada bildirilir ki, İran İslam Respublikasının təhlükəsizlik qüvvələri etirazçılara döyüş silahları və metal güllələrlə hücum edir.

“Hazırda İranda cəzasızlıq böhranı hökm sürür və bu, İran hakimiyyətinə son illərdə yüzlərlə etirazçını öldürmək, minlərlə insana isə işgəncə vermək və narazıları qorcudaraq susdurmaq cəsarətini verib”,- deyə, Beynəlxalq Əfv Təşkilatı bildirib.

Beynəlxalq Əfv Təşkilatına görə, hökumət əleyhinə etirazların yatırılması zamanı İran hökumətinin “ən ağır cinayətləri”nə qarşı istintaq, hesabat və cavabdehlik vəzifələri olan müstəqil mexanizm yaradılmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button