İran

Beynəlxalq Əfv Təşki̇latı: Əhməd Rıza Cəlali̇ dərhal azadlığa buraxılmalıdır 

Beynəlxalq Əfv Təşkilatı bu dəfə Güney azərbaycanlı bilim adamı Əhməd Riza Cəlali ilə bağlı İran hökumətinə çağırış edib. Təşkilat tanınmış bilim adamının Bahar bayramını 6 ildir zindanda keçirməsinə diqqət çəkib.

“İşgəncə altında ondan qondarma etiraflar alınıb və edama məhkum edilib. Bilim adamının hazırkı saxlanma şəraiti də işgəncəyə bərabərdir. İran rəsmiləri işgəncəyə son verməli, edam hökmünü ləğv edərək dərhal Cəlalini sərbəst buraxmalıdır”,-deyə təşkilatdan bildirilib. Bir neçə gün öncə mərkəzi qərargahı Parisdə yerləşən Beynəlxalq Elm Şurası və Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə nümayəndəsi də Əhməd Riza Cəlali ilə bağlı bəyanat yayıb. Beynəlxalq qurumlar təkadamlıq sullulda saxlanılan, işgəncələrə məruz qalan bilim adamının durumu barədə nigaranlıqlarını bildiriblər. İran hökumətindən Cəlalinin dərhal sərbəst buraxılmasını istəyiblər. Xatırladaq ki, ikili vətəndaşlığı olan Əhməd Riza Cəlali 2016-cı ilin meyində Tehran Danişqahının dəvəti ilə İrana gedib. O, əmniyyət orqanları tərəfindən saxlanılıb və “İsrailin xeyrinə casusluq etmək” ittihamı ilə təqsirləndirilib. Tehran İnqilab Məhkəməsi 2017-ci ilin septambrında Cəlalini edama məhkum edib. Çıxarılan qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edilib.

Related Articles

Bir cavab yazın

Back to top button