Site icon Aznews TV

Beynəlxalq Əfv Təşkilatı İranda üç müttəhimin gözünün çıxarılması cəzasının icrası ehtimalına qarşı xəbərdarlıq edib

Xəbərə görə, iki kişi və bir qadın məhbusun cəzaları iki ay əvvəl hökmün icra şöbəsinə göndərilib və bu üç müttəhim “kor edilmək” riski altındadır.

Beynəlxalq təşkilat İran Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeiə müraciət edərək bu hökmlərin ləğv edilməsinə çağırıb.

Bu qurum fiziki cəzanın tətbiqini “insan hüquqlarının kobud şəkildə pozulması” kimi qiymətləndirir.

“İran Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktdan irəli gələn öhdəliklərinə əsaslanaraq, bu cür hökmlərin icrasını təcili dayandırmalıdır”,- deyə, Beynəlxalq Əfv Təşkilatı bildirib.

Exit mobile version