
Bayden yaxın aylarda İsrailə səfər edəcək. Bu barədə İsrailin Baş Nazirlik ofisi və Ağ Ev məlumat yayaraq bildiriblər ki, Co Bayden Bennetin İsrailə səfər dəvətini qəbul edib.
Bennetin ofisindən bildirilib ki, o, Baydenlə Tehranın Sepah-ı Amerikanın terrorçular siyahısından çıxarmaq istəyi haqda danışıb. Bennet İsrailin əsl dostu olan Baydenin İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) terror təşkilatları siyahısından çıxarılmasına icazə verməyəcəyinə əminliyini bildirib.
“İsrail bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib: Sepah dünyanın ən böyük terror təşkilatıdır”, – deyə o əlavə edib.