Site icon Aznews TV

Ben Uolles NATO-nun yeni baş katibi ola bilər

Bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə krallığın baş naziri Rişi Sunakla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

NATO-nun hazırkı baş katibi Yens Stoltenberq 2023-cü il sentyabrın 30-dək vəzifəsində qalacaq.

“Ola bilər. Görərik. Nə baş verdiyini görmək üçün NATO-da konsensusa nail olmalıyıq”, – azvision.az xəbər verir ki, Bayden Uollesin blokun baş katibi vəzifəsinə təyin edilməsi perspektivi ilə bağlı sualı cavablandırarkən deyib.

ABŞ prezidenti həmçinin vurğulayıb ki, NATO-nun yeni baş katibinin namizədliyinin təsdiqi hələ başa çatmayıb və müzakirələr davam edir.

Exit mobile version