Dünya

Belarus Ukraynaya hücum əmri verib – Baş Qərargah

Ukrayna-Belarus sərhədinin meşəlik ərazisinə Belarus Silahlı Qüvvələrinin 38-ci hava hücumu briqadası yerləşdirilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, hərbi hissənin komandanlığı Ukrayna ilə sərhədi keçmək barədə əmr alıb. Belarus tərəfi isə Ukraynaya hücum əmri ilə bağlı hər hansı açıqlama verməyib.

Xatırladaq ki, ötən gün Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidməti Belarus qoşunlarının Ukraynanın Çerniqov vilayətinə daxil olması barədə məlumat yaymışdı.

“Belarus müharibəyə qoşulub. Belarus qoşunları Çerniqov vilayətinə daxil olub”, – “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov açıqlamasında deyib.

Eyni zamanda Müdafiə Strategiyaları Mərkəzi məlumat vermişdi ki, Belarus Silahlı Qüvvələrinin Ukraynaya qarşı müharibədə iştirakı ilə bağlı qərar verəcəyi ehtimalı çox yüksəkdir.

Related Articles

Bir cavab yazın

Back to top button