Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

Belə davam edərsə ordumuz əlavə yüksəkliklər götürəcək – Yaşar Aydəmirov

Bundan sonra da Ermənistanın hər hansı təxribatına beşqat cavab verib, artıqlaması ilə qisas alacağıq.

Bu sözləri Axar.az-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov DSX-nin qisas əməliyyatı barədə danışarkən deyib.

O bildirib ki, DSX təxribatın həyata keçirildiyi postu darmadağın edib, postun yerləşdiyi əraziləri isə nəzarətə götürüb:

“Ermənistan ordusu yenə atəş açarsa, Azərbaycan Ordusu erməniləri cavab atəşi ilə yox, onların bir neçə döyüş postunu götürməklə susduracaq. Azərbaycan-Ermənistan şərti sərhədində əsas hakim yüksəkliklərdə bizim əsgərlərimiz yerləşir. Burada həm DSX-nin, həm Müdafiə Nazirliyinin, həm də Daxili Qoşunların bölmələri xidmət aparır. Belə davam edərlərsə, Ordumuz irəliləyib, onların ərazilərinə girəcək. Onsuz da həmin ərazilər bizim tarixi ərazilərimizdir. Ermənistan ordusu hansı istiqamətdə təxribat törətsə, biz həmin istiqamətdə ərazilərə nəzarəti tam təmin edəcəyik”.

Related Articles

Bir cavab yazın

Back to top button