Bayden bu sözləri “İrlandiyanın dostları” qrupunun illik naharında deyib.
Bayden irlandiyalıların Ukraynaya Rusiya hucumuna qarşı mübarizədə töhfələrini qeyd edib:
“Hazırda sizin Ukrayna xalqına qarşı mənəviyyatsız müharibə aparan ölümsaçan diktatora, quldura qarşı çxış edən Britaniya ilə birgə İrlandiyanız var”-deyə Bayden bildirib.
Bu arada martın 18-də ABŞ Prezidenti Co Baydenlə Çin lideri Si Szinpin arasında telefon danışığı olacaq.
Bu barədə Ağ Ev məlumat yayıb.
Liderlər bir çox məsələlərlə yanaşı, Ukraynadakı durumu da müzakirə edəcəklər.