İran

Bayden İranla bağlı milli fövqəladə vəziyyətin müddətini uzadıb

Amerikanın prezidenti Co Bayden İrana qarşı milli fövqəladə vəziyyətin müddətini daha bir il uzadıb.

“Azneüs tv”  xəbər verir ki, bu barədə Bayden yaydığı bəyanatda məlumat verib.

O qeyd edib ki, İranın raket və silah istehsalı, bölgədə terror qruplaşmalarına dəstək verməsi, Sepahın və ona bağlı yaraqlı dəstələrin destruktiv fəaliyyətləri, eləcə də digər bu kimi addımları hələ də Amerikanın milli təhlükəsizlik, xarici siyasət və iqtisadiyyatına qarşı fövqəladə təhdid olaraq qalır.

Xatırladaq ki, Amerika İrana qarşı milli fövqəladə vəziyyəti ilk dəfə 15 mart 1995-ci ildə tətbiq edib. Baydenin qərarı ilə bu müddətin daha bir il uzadılması İrana qarşı sanksiyaların davam edəcəyindən xəbər verir.

Related Articles

Bir cavab yazın

Back to top button