Dünya

Bayden İran məsələsini müzakirə etmək üçün müşavirini İsrailə göndərir

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu məqsədlə gələn həftə İsrailə səfər edəcək.

Bayden İranın dünya üçün təhlükə törədən nüvə məsələsini müzakirə etmək üçün müşavirini İsrailə göndərir.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu məqsədlə gələn həftə İsrailə səfər edəcək.

“Aznews tv”  xəbərinə görə, bu barədə “Axios” nəşri məlumat yayıb.

Sallivanın İsrail Baş naziri Naftali Bennett, xarici işlər naziri Yair Lapid və müdafiə naziri Benni Qantzla görüşü gözlənilir.

İsrail rəsmiləri Sallivanın Ramallahda da fələstinli nümayəndələrlə görüşəcəyini bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button