![](https://www.aznews.tv/wp-content/uploads/2023/11/f407c76a-5c95-4975-a9c7-1f3ee9b7afba-780x470.jpg)
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanla yanaşı, İraq, Niderland, Almaniya və Türkiyədən gələn tanınmış ictimai xadimlər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində “Azərbaycan və İraq türkmanları arasında mədəni əlaqələr”, “Dünən, bu gün, sabah”, “İraq türkmanlarının Türk dünyasında yeri”, “İraq türkmanları bu gün”, “İraq türkmanlarının mədəni-mənəvi irsi və Azərbaycan”, “İraq türkmanlarının söz sənəti ümumtürk ədəbiyyatının nümunəsi kimi”, “İraq türkmanlarının mətbuatı və Azərbaycan”, “Gələcəyə baxış” mövzularında keçirilən 6 bölmə iclasında 30-a yaxın məruzə dinlənilib