DünyaPolitics

“Bəs Putin qazı kəsməklə cavab versə nə olar?”

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi perspektivi Avropanın Rusiya enerjisindən asılılığını ortaya qoyub və alternativlər üzərində mübahisələrə səbəb olub

“Aznews tv”ın “Khabaronline” saytına istinadən məlumatına görə, Amerikanın Xarici Əlaqələr Şurasının təhlilçisi son məqaləsində Ukrayna böhranı və Avropanın gələcək enerji vəziyyətinə toxunaraq yazıb: Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi təhlükəsi Birləşmiş Ştatlar və onun avropalı müttəfiqlərini Rusiya neft və qazından ciddi asılı olan Avropa enerji bazarında mümkün böyük fasilələr səbəbindən müəyyən qədər hazırlıq vəziyyətinə gətirib.

Ceyms Makbrayd bildirib: Rusiyanın hücumu dayandırılmış layihələrin, o cümlədən Almaniyaya gedən “NordStream 2” boru kəmərinin çəkilişi layihəsinin ləğvinə gətirib çıxara bilər, halbuki, Rusiya prezidenti Vladimir Putin enerji ixracını məhdudlaşdırmaqla hədələyib. Belə bir böhranı yumşaltmaq üçün Ağ Ev öz enerji qaynaqlarını yenidən Avropaya yönləndirmək səylərini artırır. Ancaq ekspertlərə görə, istənilən həll yolu əziyyətli və baha başa gələcək.

Related Articles

Bir cavab yazın

Back to top button