
Bəşər Əsəd rejiminin kütləvi məzarlarının şok görüntüləri yayılıb
Sosial mediada Bəşər Əsədin muzdluları və əsgərləri ilə birlikdə Suriyada Sepah-ın Qüds qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dost və müttəfiqlərinin cinayətinə dair video yayılıb.
Onlar İŞİD-ə qarşı döyüşmək və dinc sakinləri öldürmək bəhanəsi ilə Suriyada “hərəm müdafiəçiləri” adlandırılan qüvvələrin mövcudluğuna haqq qazandırırlar.
“Guardian” nəşri tərəfindən 2013-cü ildə yayımlanan Bəşər Əsəd qüvvələri tərəfindən dinc sakinlərin öldürülməsinə dair videoda qatillər arasında Mustafa Sədrzadə adlı iranlının üzü də görünür. Sədrzadə 2015-ci ildə Hələbdə öldürülüb.
Video Player
00:00
00:00