Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Bənövşə Camaliyə elektron cihazlardan istifadə qadağan edilib

İranda qadın haqları fəalı Bənövşə Camaliyə ağıllı elektronik dəstqahlardan istifadə etmək qadağan edilib. Bundan başqa, o, Qum şəhərində “Məva” Müşavirə Mərkəzinin toplantılarına qatılmaqda ittiham edilib.
Bənövşə Camali 2017-ci ildə Beynəlmiləl Qadınlar Günü münasibətilə Tehranda keçirilən etiraz mitinqində bir qrup başqa iştirakçılarla birlikdə tutuqlanıb. Fəal bir müddət sonra azad edilib.
Qeyd edək ki, Bənövşə Camali ötən il culayın 1-də ona qarşı irəli sürülən ittihamlarla bağlı Fərhəng və Risanə Məhkəməsinə çağırılıb. Fəal məhkəmə araşdırmaları başa çatana qədər 150 milyon tümən vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb. Məsələ ilə bağlı qadın haqları fəallarının mətbuat orqanı “Xanım oyanışı” məlumat yayıb. Bildirilib ki, Bənövşə Camali 1 il həbs, 4 milyon tümən cərimə, habelə “cinayətin törədilməsində təsirli sayılan” ağıllı elektronik dəstqahlardan istifadə etməmək cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button