İran

Bəluc vətəndaşlar barədə həbs qərarı təsdiqlənib

Sistan və Bəlucistan Əyaləti xəbərlərini dərc edən “Halvş” internet səhifəsi 2 bəluc vətəndaşın həbs qərarlarının təsdiqləndiyini bildirib.

Zahidan şəhərindəki Məkki məscidinin kameramanları Əbdülnəsir Şahbax və Üsamə Şahbax barədə çıxarılmış 1 ilədək həbs qərarı apellyasiya məhkəməsində təsdiqlənib. Səhifənin məlumatına istinadən, onların qərar barədə qaldırdıqları vəsatət qəbul olunmayıb.

Kameramanlar cari ilin yanvarında qiyabi iclas vasitəsilə Zahidan şəhər Məhkəməsinin Birinci Şöbəsi tərəfindən 1 ilədək həbsə məhkum olunublar.
Onların nədə ittiham olduqları barədə məlumat yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button