Site icon Aznews TV

Bəhai Sara Sabet Raseh səkkiz il həbs cəzası aldı

Qərarda bildirilir ki, Sabet “küfr” ittihamı ilə beş il, “İranın keçmiş və indiki ali liderini təhqir etmək”də iki il və “rejim əleyhinə təbliğat”da ittiham olunaraq bir il həbs cəzası alacaq.

Sabet 2021-ci ilin noyabr ayında “təhlükəsizlik qüvvələri” tərəfindən həbs edilib və təxminən bir aydan sonra zaminə buraxılıb.

Qeyd edək ki, İranda 300.000-dən çox bəhainin yaşadığı təxmin edilir, lakin İran Konstitusiyası xristianlıq, yəhudilik və zərdüştilikdən başqa, yalnız İslamı rəsmi din kimi tanıyır. Bəhai dini hakimiyyət tərəfindən qanuni hesab edilmir və İranda bəhailərin hüquqları illərdir sistematik şəkildə pozulur.

#behai

Exit mobile version