
Trend xəbər verir ki, şirkətin meneceri Samir Çaturvedi ilə görüşü Gürcüstan baş nazirinin müavini, İqtisadiyyat Nazirliyinin rəhbəri Levan Davitaşvili keçirib.
Görüşdə Gürcüstan və BƏƏ arasında ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Dəniz nəqliyyatı və logistika sahəsində əməkdaşlığın inkişafına və bu sahələrdə investisiya imkanlarına xüsusi diqqət yetirilib.
Qonaqlara gələcək planlar barədə məlumat verilib və ölkədə həyata keçirilən cari iri nəqliyyat infrastrukturu layihələrinin təqdimatı keçirilib.(trend.az)