Site icon Aznews TV

BƏƏ İranın nüvə fəaliyyətlərindən narahatlığını bildirib

Bu barədə BƏƏ-nin MAQATE-dəki daimi nümayəndəsi Həməd əl-Kəbi bəyanat verib.

“İranın uranın zənginləşdirilməsindən dinc və mülki məqsədlər üçün istifadə etmək istəməsi real görünmür”,- o bildirib.

BƏƏ nümayəndəsinin bu çıxışı Əbu-Dabi hökumətinin son vaxtlar Tehranla münasibətlərini yaxşılaşdırması və tərəflərin öz səfirlərini qarşı ölkənin paytaxtına göndərməsi kontekstində baş verir.

Ötən həftə rəsmi Tehran BƏƏ dövlət başçısını İrana səfərə dəvət edib.

Exit mobile version