Bu barədə BƏƏ-nin MAQATE-dəki daimi nümayəndəsi Həməd əl-Kəbi bəyanat verib.
“İranın uranın zənginləşdirilməsindən dinc və mülki məqsədlər üçün istifadə etmək istəməsi real görünmür”,- o bildirib.
BƏƏ nümayəndəsinin bu çıxışı Əbu-Dabi hökumətinin son vaxtlar Tehranla münasibətlərini yaxşılaşdırması və tərəflərin öz səfirlərini qarşı ölkənin paytaxtına göndərməsi kontekstində baş verir.
Ötən həftə rəsmi Tehran BƏƏ dövlət başçısını İrana səfərə dəvət edib.