Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Bəhai Sara Sabet Raseh səkkiz il həbs cəzası aldı

İsfahan Əyalətinin Apellyasiya Məhkəməsi bəhai dininə mənsub Sara Sabet Rasehə 8 il müddətinə azadlıqdan məhrum edilmə hökmü çıxarıb.

Qərarda bildirilir ki, Sabet “küfr” ittihamı ilə beş il, “İranın keçmiş və indiki ali liderini təhqir etmək”də iki il və “rejim əleyhinə təbliğat”da ittiham olunaraq bir il həbs cəzası alacaq.

Sabet 2021-ci ilin noyabr ayında “təhlükəsizlik qüvvələri” tərəfindən həbs edilib və təxminən bir aydan sonra zaminə buraxılıb.

Qeyd edək ki, İranda 300.000-dən çox bəhainin yaşadığı təxmin edilir, lakin İran Konstitusiyası xristianlıq, yəhudilik və zərdüştilikdən başqa, yalnız İslamı rəsmi din kimi tanıyır. Bəhai dini hakimiyyət tərəfindən qanuni hesab edilmir və İranda bəhailərin hüquqları illərdir sistematik şəkildə pozulur.

#behai

Related Articles

Bir cavab yazın

Back to top button