Azərbaycanİran

Azərbaycanlı repçi Milad Cəlili (Elşən) Təbriz həbsxanasından girov müqabilində elektron qandalla azadlığa buraxılıb

Cumaaxşami Təbriz Mərkəzi zindanında 8 aylıq həbs cəzasını çəkən azərbaycanlı repçi Milad Cəlili (Elşən) 98 gündən sonra 100 milyonluq girov müqabilində elektron qandalla Təbriz zindanından azad edilib.

Azərbaycanlı repçi Milad Cəlili Kərim İsmayılzadə və Salar Tahir Əfşarla birlikdə Təbriz həbsxanasında aclıq aksiyasını dayandırandan bəri onun görüşünə və telefon danışığına qadağa qoyulmuşdu.

Qeyd edək ki, Cəlili siyasi rep ifa etdiyi üçün həbs cəzası alıb və cəzasını Təbriz həbsxanasında çəkib.

O, Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində “Pantürk separatçı məhkumların xeyrinə siyasi rep musiqisi ifa etməklə İran İslam Respublikası əleyhinə təbliğat aparmaq”da ittiham olunub və 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button