
Təbrizin Səhənd stadionunda 100.000 nəfərin iştirakı ilə keçirilən “Traktor Azərbaycan” və “Sepahan İsfahan”ın iki komandası arasında keçirilən görüş 1:0 hesabı ilə “Traktor”un xeyrinə başa çatıb.
Bu oyunda Traktor komandasının qolunu Rza Əsədi penaltidən vurub.
Bu oyunun müxtəlif dəqiqələrində Traktor azarkeşləri tərəfindən milli şüarlar səsləndirilib:
• Oyunun 15-ci dəqiqəsində Traktor azarkeşləri tərəfindən “Türk Dilində Mədrəsə olmalıdır hər kəsə” şüarı səsləndirilib. Lakin İran rejiminin radio və televiziyası tamaşaçıların səsinə senzura tətbiq edib.
• Oyunun 21-ci dəqiqəsində “Traktor” komandasının azarkeşləri tərəfindən “Azadlıq, Ədalət, Milli Hökümət”, oyunun 25-ci dəqiqəsində isə qadın hüquqlarına dəstək naminə “Azərbaycan qızları – göyün ulduzları” şüarlar səsləndirilib.