Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüblər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir.

Ötən il yanvarın 27-də Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücüm olunub. Terror aktı zamanı mühafizə xidmətinin rəisi qətlə yetirilmiş, səfirliyin iki nəfər mühafizə əməkdaşı isə hücumun qarşısını alarkən yaralanmışdılar. Sözügedən hadisədən sonra Azərbaycan Respublikası Tehrandakı diplomatik missiyasının fəaliyyətini dondurmuşdu. 

Related Articles

Bir cavab yazın

Back to top button