Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Davud Şiri 36 gündür həbsdədir
Davud Şirinin işi Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinə verilib. Fəalın həbsinin səbəbi və ona qarşı irəli sürülən ittihamlarla bağlı hələ də xəbər yoxdur.
Qeyd edək ki, Davud Şiri milli fəaliyyətinə görə dəfələrlə həbs edilib və məhkumluq həyatı yaşayıb.