Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun fikrincə, avropalı parlamentarilər erməni diasporu və lobbisindən o qədər pul alıblar ki, özləri nə etdiklərinin fərqində deyillər:
“Çünki müraciətdə Qarabağda erməni mədəni irsi, erməni hərbi əsirlər və Azərbaycanın Ermənistana qarşı təcavüzündən danışması axmaqlqıdan başqa bir şey deyil. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren torpaqlarını işğal altında saxlayaraq təcavüz etmişdi. Azərbaycan isə sadəcə öz ərazilərini azad edib. Avropalı deputatlar hansı təcavüzdən danışırlarsa, özləri də bilmirlər”.
A.Badamov vurğulayıb ki, əlləri hərbi cinayətlərə batmış ünsürləri hərbi əsir adlandırmaq sadəcə başını daşa vurmaqdır:
“O cümlədən, Qarabağdakı erməni mədəni irsi deməklə onların nə demək istədikləri məlum deyil. Çünki ermənilər 30 ildə Qarabağdakı azərbaycanlıların mədəni irsini dağıdanda, məscidlərimiz təhqir olunanda avropalı deputatlar harda idilər?! Onlar bu gün sadəcə erməni lobbisinin sifarişlərini icra edirlər. Bu da onlara heç nə qazandırmayacaq. Onlar belə çağırışlarla sadəcə özlərinin erməni lobbisindən asıllı olduğunu nümayiş etdirərək ifşa edirlər. Azərbaycan hökuməti onların çağırışlarını artıq ciddiyə almır. Ona görə ki, bütün dünya da bilir ki, Avropalı deputatlar beynəlxalq hüquqdan, ədalətdən uzaqdırlar və gözləri erməni pullarına qımışıb, başlarını itiriblər”.
Deputat onu da xatırladıb ki, Azərbaycan COP29-u yüksək səviyyədə keçirməklə anti-Azərbaycan və ermənipərəst mövqeyini sərgiləyən avropalı deputatların layiqli cavabını verəcək:
“Onların qərəzli çağırışları bizi özümüzün ədalətli yolumuzdan heç vaxt çəkindirə bilməz”.
Qeyd edək ki, bu gün Avropa Parlamentinin 52 üzvü Avropa İttifaqı rəhbərliyinə Azərbaycanla bağlı əsassız və həqiqəti əks etdirməyən tələblər ünvanlayıb.