Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Təbriz Motojen fabrikində işləmək üçün kürd olmaq şərtdir!

Antitürk faşistlərinin idarə etdiyi Təbriz Motojen zavodu işə götürdüyü fəhlələrin kürd olmasını şərt qoyub və Mahabad (Soyuqbulaq) şəhərində yaşayan insanlara üstünlük verildiyini açıq şəkildə bəyan edib.

Məlumatlı mənbələrin bildirdiyinə görə, bu irqçi yanaşma ilə yanaşı, zavodun Təbrizdə satış nümayəndəliyi yoxdur və öz məhsulunu bu şəhərdə sayışa çıxarmır, əgər təbrizli bir şəxs bu zavodun məhsulunu almaq istəsə, Tehrana getməli, məhsulu Tehrandan almalı və böyük xərclər hesabına mühərriki Təbrizə gətirməlidir.

İqtisadi faydalılıq və istehsal prosesinin əsas hissəsi olan məhsulun reallaşdırılmasının (məhsulun bazara çıxarılması) həyata keçirilməsi baxımından Təbriz işləyən bir zavodun öz məhsulunu Təbrizdə yox, Tehranda satışa çıxarması tamamilə məntiqsizdir və gülüncdür. Bu yaşanan gülünc hadisənin yalnız bir izahı ola bilər, rejim Təbriz türk olmayan xalqlardan ibarət özək yaratmağa çalışır. Məhsulun Təbrizdə satışa çıxarılmamasının səbəbi isə Təbrizin mümkün iqtisadi inkişafının qarşısını almaq istəyi ola bilər.

Bu cür süni yollarla rejim Güney Azərbaycanın etnik tərkibini dəyişmək və Güney Azərbaycan ilə türk cümhuriyyətləri (Azərbaycan və Türkiyə) arasında barier yaratmağa çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button