3-CÜ ÇAĞIRIŞ
Aksiyanın yeri və zamanı məlum oldu.
Vətənimiz Azərbaycanın və İrandakı bütün Türk boylarının hüquqlarını qorumaq, eyni zamanda beş aydan artıq başlamış ayaqlanmalar nəticəsində ortaya çıxmış siyasi durum, biz türklərin dayanışma və aktivləşmə zərurətini qaçılmaz etmişdir. Bu doğrultuda Avrupada yaşayan türklər olaraq meydanda olmağı və fəaliyyətlərin koordinasiya əsasında davamlı olması üçün bir araya gələrək Avrupada düzənli şəkildə yürüşlərin keçirməsinə qərar verdik.
Elə həmin məqsədlə fəaliyyətə başlayan Koordinasiya Mərkəzi Brüsseldə aksiya keçirilməsi ilə bağlı Belçika dövlətinə müraciət edib və müsbət cavab almışdır. Cavabda deyilir ki, Belçika dövləti hər hansı bir aksiyaya qarşı çıxmaz və Koordinasiya Mərkəzi düzənli şəkildə programlarını davam etdirə bilər.
Bu məlumatlar əsasında bütün soydaşlarımıza
25 mart 2023-cü il tarixində, saat 14:00-17:00 arasında Brüsseldə “AZADLIQ VƏ ƏDALƏT YÜRÜŞÜ”-nün keçiriləcəyi ilə bağlı çağırış edirik.
Yürüşün başlanğıc yeri : “Place du Luxembourg”
Mitinqin yeri : “Place Schuman Parliament”-in önündə
Media sahəsində geniş təbliğat, logistika məsələləri və maliyyə vəsaitinin təmini üçün hər kəsin iştirakı və dəstəyi önəmlidir.
Bu gün gerçəkdən “Bir olma, İri olma və Diri olma!” zamanıdır .
Koordinasiya Mərkəzinin sözçüləri:
Şərifə Cəfəri
Saleh Kamrani
AZADLIQ, ƏDALƏT, MİLLİ HÖKUMƏT!
Vətənim Azərbaycan!
SƏN, ÇAĞIRSAN GƏLƏRƏM MƏN,
SƏN, YAŞA AZƏRBAYCAN.
Koordinasiya Mərkəzi
10/03/2023